CƏMİYYƏT
Nazir: “Teknofest” festivalının Azərbaycanda da keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub VİDEO
İstanbul, 21 sentyabr, AZƏRTAC
Artıq 4-cü dəfədir Türkiyədə keçirilən “Teknofest” festivalına ilk dəfə qatılmışıq. Bu festivalda Azərbaycan 9 startap və eyni zamanda, bir IT şirkəti ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, bundan başqa Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələrdən ibarət 5-ə yaxın komanda yarışlara qatılıb: “Tələbələrin bu kimi yarışlara qatılması onların təcrübə, bilik və bacarıqların artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Növbəti illərdən “Teknofest” festivalının Azərbaycanda da keçirilməsinə dair Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə ilkin razılaşma əldə olunub”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul