DÜNYA


Nazir: Türkiyə Qara dənizdə də neft-qaz axtaracaq

Bakı, 3 noyabr, AZƏRTAC

Türkiyə Qara dənizdə də neft və təbii qaz axtaracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib. O bildirib ki, Türkiyə Aralıq dənizi ilə yanaşı, Qara dənizdə də qazma işləri aparacaq.

“Türkiyənin “Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi sinfinin ən yaxşı 16 gəmisi arasında ən müasir texnologiya ilə təchiz edilən 5 gəmidən biridir. Altıncı nəsil texnologiyaya malik olan gəmi 6 metr hündürlükdə dalğada belə qazma apara bilir. “Fatih” ilə yanaşı, ikinci qazma gəmisini də almaq istəyirik. Bu gəmilərlə Aralıq və Qara dənizdə neft-qaz kəşfiyyatı sahəsində aktiv iş aparacağıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə “Fatih” gəmisi ilə oktyabrın 31-də Aralıq dənizində qazma işlərinə başlayıb. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilir. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışacaq. Dənizin dayazsulu hissəsində qazma işləri isə Mersin sahilində aparılacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq.

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.

Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.