DÜNYA
Nazir: Türkiyədə zəlzələ bölgəsində 30 nəfər axtarılır, 18 nəfər ölüb
Ankara, 25 yanvar, AZƏRTAC
Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Malatyada dağıntılar altında qalan yoxdur. Elazığda isə 30 nəfər axtarılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazirin sözlərinə görə, təbii fəlakət bölgəsinə çox sayda ağır texnika cəlb olunub. Bu vaxtadək 18 nəfərin öldüyü təsdiqlənib. Yaralılar xəstəxanalara yerləşdirilib. Ətraf bölgələrdən qan gətirildiyi bildirilir.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgəyə zəruri səyyar xidmət obyektləri, ləvazimat və avadanlıq daşımaqdadır.
Qeyd edək ki, hazırda 3 nazir təbii fəlakət bölgəsindədir. Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]