Nazir müavini: Ali təhsil sistemində ciddi islahatlar aparılmalıdır
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
Ali təhsil sistemi biz istəsək də, istəməsək də dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forumda deyib. Onun sözlərinə görə, ali təhsil sistemində konservativ və klassik yanaşmalardan bəzi hallarda uzaqlaşmaq lazımdır.
“Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz, ilk növbədə, təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər”, - deyə İdris İsayev bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var