CƏMİYYƏT


Nazir müavini Anar Kərimov şəhid Polad Şirinovun ailəsini ziyarət edib

Bakı, 26 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Polad Şirinovun ailəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Ailənin sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.