İQTİSADİYYAT


Nazir müavini: Azərbaycanda “Əşyalar interneti” sahəsinin inkişafı istiqamətində işlər görülür

Bakı, 4 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda “Əşyalar interneti” (IoT)sahəsinin inkişafı istiqamətində işlər görülür. Bu sahədə fəaliyyətin genişləndirilməsi, məhsulların hazırlanaraq bazara çıxarılması üçün kadr hazırlığı istiqamətində tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 4-də işə başlayan II Xəzər İnnovasiya Konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə “Əşyalar interneti” sahəsinin inkişafının zəruriliyini vurğulayaraq xarici məhsullardan asılılığının azaldılması istiqamətində də işlərin görüldüyünü diqqətə çatdırıb: “Hazırda Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir, onlardan 75 faizi genişzolaqlı internetdən istifadə edir. Həmin göstərici ev təsərrüfatları üzrə 72,2 faiz təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən çoxdur. Dünyadakı ev təsərrüfatının 57 faizinin, o cümlədən inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 46,7 faizinin yüksəksürətli internetə çıxışı var”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda mobil telefondan istifadə də yüksək səviyyədədir. Hazırda ölkəmizdə hər 100 nəfərə 112 mobil telefon düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.