İQTİSADİYYAT


Nazir müavini: Azərbaycanda hər il əmək bazarına 100 min gənc daxil olur

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycanda hər il əmək bazarına 100 min gənc daxil olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

M.Kərimli qeyd edib ki, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisində gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaş arasındadır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizi yaşı 29-dan aşağıdır.

“Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Azərbaycanda hazırda 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faiz təşkil edir. Bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasi kursu nəticəsində ölkəmizdə işsizlik 5 faiz həddinə enib. Məşğulluğun təmin olunmasında sözsüz ki, bir sıra komponentlər çox böyük əhəmiyyət daşıyır”, - deyə nazir müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.