İQTİSADİYYAT


Nazir müavini: Azərbaycanda innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı istiqamətində mühüm işlər görülür

Bakı, 27 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı istiqamətində mühüm işlər görülür. Bu, yerli və xarici investorlar üçün ölkəmizin cəlbediciliyini daha da artırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 27-də Bakı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin maliyyə dəstəyi ilə keçirilən “Ağıllı körpü” layihəsinin yekunları və başa çatması ilə bağlı tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq, sahibkarlığın inkişafı məqsədilə biznes təşəbbüskarlarına verilən intellektual xidmətlərin əhatə dairəsinə genişləndirir. Bu məqsədlə fondda fəaliyyət göstərən Sahibkarlara Xidmət Mərkəzi və Biznes İnkubasiya Mərkəzində sahibkarlara müasir bazarın tələblərinə uyğun mentorluq xidmətləri verilməsini artırmaqla yanaşı, biznes təşəbbüskarlarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün də layihələr həyata keçirilir. Bu cür fəaliyyətlərdən biri də Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və KOICA-nın Azərbaycan ofisinin maliyyə dəstəyi ilə keçirilən “Ağıllı körpü” layihəsidir.

Koreya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir müavini bu əlaqələrin genişləndirilməsində ölkə başçılarının fəaliyyətini xüsusi qeyd edib.

S.Məmmədov Azərbaycanda innovasiyaya əsaslanan iqtisadiyyatın, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən islahatlardan, həmçinin bu islahatların əhatə dairəsi və uğurlu nəticələrindən bəhs edib.

Bildirilib ki, “Ağıllı körpü” layihəsində 60 iştirakçı təlimlər keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.