İQTİSADİYYAT


Nazir müavini: Azərbaycanın kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb

Bakı, 11 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanın kibertəhlükəsizlik strategiyası, ölkədə kibertəhlükəsizlik sahəsində aparılan fəaliyyətin daha da mütəşəkkilləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək. Kibertəhlükəsizlik strategiyası beynəlxalq təcrübə əsasında hazırlanıb, bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“Strategiyada ölkəmizə qarşı ola biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığının təmin edilməsi və digər bir çox məsələ öz əksini tapıb. Sənəd ölkə başçısı tərəfindən imzalandıqdan sonra onunla həm dövlət qurumları, həm də özəl qurumlar tanış ola bilərlər. Onu da xüsusi qeyd edim ki, bu kibertəhlükəsizlik strategiyası bütün şəxslərə aiddir, yəni, hər bir kəs bu sənəddən istifadə edib, öz fəaliyyətində bəhrələnə bilər. Hər bir kəs bu sənəddən yararlana bilər”, - deyə E.Vəlizadə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.