CƏMİYYƏT


Nazir müavini: Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir

Bakı, 24 may, AZƏRTAC

Ramazan bayramı günlərində karantin rejiminin kifayət qədər yumşaldılması, məhz bu müddətdə hər bir vətəndaşın üzərinə düşən sosial məsuliyyəti dərk etmək və sanitar-gigiyenik qaydalara riayət etməyi olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Rahim Əliyev COVID-19 pandemiyası dövründə Azərbaycanın səhiyyə sahəsinin uğurlarından danışıb, bunun beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Söhbət zamanı nazir müavini dövlətimiz tərəfindən həyata keçirilən kompleks qabaqlayıcı tədbirlər haqqında da söhbət açıb. Bildirib ki, koronavirus elan olunan gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələ ilə bağlı qərarları və göstərişləri nəticəsində bu problemin həlli üçün bütün dövlət qurumları səfərbər edildi. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasının pandemiya elan edəndə ölkəmiz artıq epidemiya dalğasının geniş miqyasda yayılmasının qarşısını alırdı.

“İndi məsuliyyət hər birimizin üzərindədir. Hamını nümunəvi intizam və birlik göstərməyə çağırıram”, - deyə nazir müavini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.