Nazir müavini Bərdə rayonunda vətəndaşların müraciətini dinləyəcək
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev avqustun 12-də Bərdə rayonunda həmin rayonun sakinlərinin müraciətini dinləyəcək.
O, vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandıracaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar avqustun 3-dən avqustun 9-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Xəbərin mətnində orfoqrafik səhv var