İQTİSADİYYAT


Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər

Bakı, 14 dekabr, AZƏRTAC

Bərpaolunan enerji mənbələri sahəsinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 14-də “Bərpaolunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı" mövzusunda "dəyirmi masa"da energetika nazirinin müavini Samir Vəliyev deyib.

Nazir müavini müvafiq Strateji Yol Xəritəsinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son dövrlərdə görülən işlərdən danışıb. Bildirib ki, bərpaolunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər: "Bərpaolunan enerji sahəsinə özəl investisiyaların cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanılıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.