CƏMİYYƏT


Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb

Bakı, 15 yanvar, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Beyləqan rayonunda Vətən müharibəsi şəhidləri - Nəsirov Qara Eldəniz oğlunun və Cəfərli Röyal İkrəm oğlunun ailələrində olub.

Nazir müavini möhtəşəm Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin sosial müdafiəsinin daim diqqətdə saxlandığını vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirlik tərəfindən şəhidlərimizin ailələri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı geniş dəstək tədbirləri həyata keçirildiyini deyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid Q.Nəsirovun atası Eldəniz Nəsirov və şəhid R.Cəfərlinin anası Rahilə Cəfərova üçün də özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb. Həmçinin şəhid R.Cəfərlinin qardaşı işlə təmin edilib.

Nazir müavini hər iki şəhid ailəsinin yaşayışının bundan sonra da diqqətdə saxlanacağını vurğulayıb.

Proqram iştirakçıları qayğı ilə əhatə olunduqlarına, ailə təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.