SİYASƏT


Nazir müavini: Ermənistanda yeni nəsil Azərbaycana nifrət ruhunda tərbiyə olunur

Bakı, 8 dekabr, AZƏRTAC

Ermənistanda yeni nəsil Azərbaycana nifrət ruhunda tərbiyə olunur. Bu, bizim və bütövlükdə region üçün gələcək təhlükələrdən xəbər verir. Xarici İşlər Nazirliyinin son bəyanatında bu məsələyə də xüsusi diqqət ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə söyləyib.

"9 noyabr Bəyanatının imzalanması Ermənistan cəmiyyətində psixoloji partlayışa səbəb oldu. Çünki döyüşlərin getdiyi 44 gün ərzində Ermənistan cəmiyyətinə yalanlarla dolu məlumatlar verilmişdi.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın istədiyi qərarları rədd etdi. Qarşı tərəfin istinad etdiyi məlumatların heç bir əsası yoxdur", - deyə nazir müavini qeyd edib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.