Nazir müavini Goranboy rayonunda vətəndaşların müraciətini dinləyib
AzerTAg.az
Bakı, 7 iyul, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iyulun 7-də Goranboy rayonunda həmin rayonun və Naftalan şəhərinin sakinlərinin müraciətini dinləyib. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə məlumatlandırma aparılıb.

Xəbərin mətnində orfoqrafik səhv var