Nazir müavini Göyçay rayonunda vətəndaşların müraciətini dinləyəcək
AzerTAg.az
Bakı, 29 iyul, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov avqustun 9-da Göyçay rayonunda həmin rayonun sakinlərinin müraciətini dinləyəcək.
O, vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətlərinı cavablandıracaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar iyulun 29-dan avqustun 4-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılanların əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Xəbərin mətnində orfoqrafik səhv var