CƏMİYYƏT


Nazir müavini: İşğal dövründə Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib

Füzuli, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib. Bunlardan 2200-ü, yaxud 42 faizi Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. Füzuli rayonu biomüxtəlifliyin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örtülü olub.

Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavənd rayonlarına təşkil olunan mediatur iştirakçılarına deyib.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub.

Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı, onların kötüklərini də yandırıblar.

Vüqar Kərimov vurğulayıb ki, təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.