İQTİSADİYYAT


Nazir müavini: Laçın, Kəlbəcər və Suqovuşanda dörd stansiyadan üçü bərpa edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

İlin sonunadək Azərbaycanın işğaldan azad edilmiş ərazilərini elektrik enerjisi ilə təmin etmək əsas hədəflərdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 20-də Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafi” sərgisində energetika nazirinin müavini Elnur Soltanov deyib.

Nazir müavini qeyd edib ki, bu hədəflərə uyğun olaraq Laçın, Kəlbəcər və Suqovuşanda 20 meqavat gücündə dörd stansiyadan üçü bərpa edilib. Belə ki, 110 kilovoltluq 9 stansiyanın quraşdırılması işləri demək olar, yekunlaşıb. Bölgənin qaz təminatı isə dörd mərhələdə həyata keçiriləcək. E.Soltanov, həmçinin diqqətə çatdırıb ki, beynəlxalq investorlar tərəfindən Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üzrə araşdırma işləri davam etdirilir və Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək enerjisi ilə əlaqədar maraq sorğusu artıq investorlara göndərilib. Bundan başqa, Energetika Nazirliyi bu ərazilərlə bağlı “yaşıl enerji” zonasını konsepsiyasını hazırlayaraq hökumətə təqdim edib və yekunda bu konsepsiya baş plana çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.