İQTİSADİYYAT


Nazir müavini: Latviyada Azərbaycan Ticarət Evinin yaradılması ixrac bazarının genişləndirilməsi işinə töhfədir

Riqa, 24 iyul, AZƏRTAC 

Azərbaycan ilə Latviya arasında əlaqələr hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimizin iqtisadi əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavini bildirib ki, Latviyada Azərbaycan Ticarət Evinin yaradılması ölkəmizin ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlərə bir töhfə olacaq. Bu, eyni zamanda, Azərbaycan məhsullarının Latviya bazarında təşviqi istiqamətində geniş imkanlar yaradacaq və nəticə etibarilə, Azərbaycanda həyata keçirilən qeyri-neft ixracının genişləndirilməsinə bir töhfə olacaq. Bütün bunlar həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.

“Əlbəttə Azərbaycan Ticarət Evinin əsas istiqamətlərindən biri ölkəmizin məhsullarının Latviyaya və Latviya vasitəsilə digər Avropa ölkələrinə ixracı istiqamətində tədbirlər görmək, hər iki ölkənin iş adamları arasında əlaqələr yaratmaqdan ibarətdir. Hesab edirəm ki, bu cür platforma vasitəsilə Azərbaycan məhsulları təkcə Latviya bazarına deyil, digər ölkələrin də bazarlarına çıxış imkanı əldə edəcək. Burada qeyd etmək olar ki, ölkəmizə əlavə valyutanın daxil olması, eyni zamanda, Azərbaycan iş adamlarının avropalı iş adamları ilə əlaqələrinin inkişaf etdirilməsi vacib məqamlardan biridir. Əminəm ki, görülən işlər qısa müddətdə müsbət nəticələrini göstərəcək”, - deyə nazir müavini vurğulayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.