CƏMİYYƏT


Nazir müavini: Müharibə zamanı Ermənistan qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə etməklə Şuşa meşələrində yanğınlar törədib

Bakı, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Ötən il sentyabrın 27-də düşmənin ölkəmizə hücumuna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Ermənistan qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə etməklə Şuşa meşələrində yanğınlar törədib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universitetində keçirilən brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, həmçinin Ermənistan tərəfindən cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpaolunmaz ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.