CƏMİYYƏT


Nazir müavini Şamaxı rayonunda vətəndaşlarla görüşüb

Baki, 25 may, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.

Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.