ELM VƏ TƏHSİL


Nazir müavininin videoqəbulu

Videoqəbulda müraciətlər əsasən müəllimlərin yerdəyişməsi və iş yerinin daimiləşdirilməsi ilə bağlı olub

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı videobağlantı (videoqəbul) vasitəsilə qəbul edib.

Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda müraciətlər əsasən müəllimlərin yerdəyişməsi və iş yerinin daimiləşdirilməsi ilə bağlı olub.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.