Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir

Bakı, 13 dekabr (AZƏRTAC). Ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial sferanın və infrastrukturun təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və Sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli Sərəncamının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 2010-cu il 3 noyabr tarixli qərarı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının yeni sxemini müəyyənləşdirərək təsdiq etmişdir. Həmçinin Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə müvafiq Qanunun icrasını təmin etmək barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli Fərmanının icrası məqsədi ilə Nazirlər Kabineti 2010-cu il 11 noyabr tarixli qərarla “Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nı təsdiqləmişdir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu il 3 noyabr tarixli qərarı ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nı və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nı təsdiq etmişdir. 2010-cu il 5 noyabr tarixli digər qərarla isə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta tariflərinin müəyyən edilməsi məqsədi ilə iqtisadi fəaliyyət növləri müəyyən edilmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Maliyyə, Mədəniyyət və Turizm Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifi nəzərə alınaraq, 2010-cu il 8 noyabr tarixli qərarla “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”ı təsdiq edilmişdir.

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti 2010-cu il 13 noyabr tarixli qərarla “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nı, 2010-cu il 25 noyabr tarixli başqa bir qərarla isə “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nı təsdiq etmişdir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanının icrası məqsədi ilə Nazirlər Kabineti 2010-cu il noyabrın 24-də təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmişdir. Həmin Fərmandan irəli gələn digər məsələlərlə əlaqədar Nazirlər Kabineti 2010-cu il 25 noyabr tarixli qərarları ilə “Təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”nı və “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nı təsdiq etmişdir. Habelə Azərbaycan Respublikasının bir sıra ölkələrdəki səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə” təsdiq edilmişdir.

Eyni zamanda, Nazirlər Kabineti əvvəlki bəzi qərarlarda dəyişikliklər və əlavələr aparılması barədə də bir neçə qərar qəbul etmişdir. Belə ki, 2010-cu il 3 noyabr tarixli qərarla “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınan əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın Forması” yeni redaksiyada verilmişdir. 2010-cu il 28 oktyabr tarixli digər qərarla Bakı Metropoliteninin strukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Bunun üçün Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş “Bakı Metropoliteninin Nizamnaməsi”ndə əlavə və dəyişikliklər aparmış, status etibarilə Nazirlər Kabinetinin tabeliyində müəyyənləşdirilən Metropolitenin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə müəyyən bəndlər yeni redaksiyada verilmişdir.

Həmçinin “Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 1993-cü il 6 dekabr tarixli qərarının 3-cü bəndinin birinci abzası Nazirlər Kabinetinin 2010-cu il 8 noyabr tarixli qərarı ilə yeni redaksiyada verilmişdir. Göstərilmişdir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onlara yemək xərci üçün dövlət büdcəsindən aylıq müavinətlərin verilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə müvafiq müqavilə bağlamış müvəkkil bank tərəfindən ödəniş kartları vasitəsilə həyata keçirilir.

“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn məsələlərin icrası məqsədi ilə də 2010-cu il noyabrın 11-də Nazirlər Kabineti bundan əvvəlki 2001-ci il 6 mart tarixli qərarına bir sıra dəyişikliklər etmiş, müəyyən bəndlər yeni redaksiyada verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu il 12 noyabr tarixli qərarla “Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyətinə nəzarət Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 1 may tarixli qərarına dəyişikliklər və əlavələr etmişdir. O cümlədən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2010-cu il noyabrın 25-də 2004-cü il 6 oktyabr tarixli əvvəlki qərarın - “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” paraqrafına əlavələr etmişdir.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2010-cu il 12 noyabr tarixli qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda bəzi əlavə və dəyişikliklər aparılmışdır.

Respublika əhalisinin un və un məhsullarına olan yüksək tələbatını nəzərə alaraq, Nazirlər Kabineti 2010-cu il 3 dekabr tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına müvafiq olaraq - “Buğda və meslin”, “Buğda unu və ya buğda-çovdar unu” sözlərini əlavə etmişdir. Qeyd olunmuşdur ki, bu barədə qərar 2011-ci il avqustun 1-dək qüvvədədir.

Qeyd edək ki, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında tanış olmaq mümkündür.

Eyni zamanda, Nazirlər Kabinetinin bu qərarları Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan