SİYASƏT


Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

Bakı, 30 noyabr, Xəyalə Məmmədova, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri yetkinlik yaşına çatmayanlarla bağlı görülən işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparıblar.

Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov komissiyanın işinin fəallaşdırılmasının önəmini qeyd edib. Əlavə edib ki, bu, yerli icra hakimiyyətləri yanında komissiyaların fəaliyyətində də ciddi irəliləyişlərə gətirib çıxaracaq. Bu da yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılmasına və onların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara müsbət təsir göstərəcək.

İclasda komissiyanın fəaliyyətinə dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.