SİYASƏT


Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə rəsmi səfərə gəlmiş Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Boliviya dövlətinin belə yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edən tərəflər qeyd ediblər ki, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə müştərək fəaliyyət, habelə beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyi baxımından faydalıdır.

Beynəlxalq və regional problemlərdən söhbət gedərkən boliviyalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müfəssəl məlumat çatdıran Baş nazir Artur Rasi-zadə xüsusi olaraq vurğulayıb ki, Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasəti, habelə bəzi beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması nəticəsində hələlik problemin həlli yubadılır.

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verərək, ölkəmizlə qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün bütün mövcud potensialdan səmərəli istifadə etmək əzmində olduqlarını nəzərə çatdırıb. Sonda qonaq səmimi görüşə görə minnətdarlığını bildirib.

Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.