İQTİSADİYYAT


Nazirlik: 127 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

Bakı, 24 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 23-də keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Məhsul kafesi”ndə, “Ceviz tea lounge” iaşə obyektində, “Chai rooms çayxana”da, “Lamanda restoranı”nda, Sabunçu rayonunda Həsən Ağayevə məxsus “Qutab evi”ndə, Nicat Əhmədova məxsus “Market”də, Suraxanı rayonunda “7 gözəl kafesi”ndə, Orxan Məmmədliyə, Ehtibar Hacıyevə məxsus tikinti materialları mağazalarında, Xətai rayonunda “Şah şərab evi”ndə, “Beer barel kafe”də, Binəqədi rayonunda “Endi market”də, “Məhəllə kafesi”ndə, “Beer town kafesi”ndə, “Uğur kafesi”ndə, Səbail rayonunda “Kəngərli kafesi”ndə, “Karaca geyim mağazası”nda, “Dress code geyim mağazası”nda, “Coffee station” iaşə obyektində, Nizami rayonunda “Organic kendchi restaurant”da, “Hira kafe”də, “Kafe Ayturan”da, Nərimanov rayonunda “Dahua mağaza”da, “Jasmin market”də, “Baku castle” iaşə obyektində, Xəzər rayonunda “Turqut inşaat” mağazasında, “Zəm-zəm restoranı”nda, Qaradağ rayonunda "Pivnuşka kafe”də, "Nur kafe”də, "Ləzzət kafe”də, “Vedi kafe”də, Nəsimi rayonunda “Elit kafe”də, Mehman Həsənova, Nemət Sadıqova, Azər Cəfərova məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində “Nizami kafesi”ndə, “Barjomi kafesi”ndə, “Ana və uşaq kafesi”ndə, Abşeron rayonunda “Halal market”də, "Yaşıl bazar meyvə-tərəvəz satışı” ticarət obyektində, “Palma çay evi”ndə, “Hunkar sofrası” iaşə obyektində, ümumilikdə 127 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.