İQTİSADİYYAT


Nazirlik: 14 obyektdə epidemiya əleyhinə rejim pozulub

Bakı, 3 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “EKO kompüter DVD VƏ CD mağazası”nda, Cəfər Sadıqova məxsus ticarət obyektində, Gülümağa Şıxmətova məxsus çörək sexində, Nərimanov rayonunda İkram Hüseynova, Kazım Camalova məxsus tikinti materialları mağazalarında, Nəsimi rayonunda Gülbəniz Məmmədovaya məxsus “Məktəb ləvazimatları” pərakəndə ticarət obyektində, Nizami rayonunda “Təndir un və un məmulatları mağazası”nda, Qaradağ rayonunda “Ucuz market”də, Sabunçu rayonunda “Ayxan market”də, Səbail rayonunda “Üç alma market”də, Suraxanı rayonunda “Al market”də, Xətai rayonunda "Promart" MMC-yə məxsus “Market”də, Güllü Xana məxsus qarışıq mallar mağazasında, Yasamal rayonunda “Bizim market”də, ümumilikdə 14 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.