İQTİSADİYYAT


Nazirlik: Birinci rübdə Apellyasiya Şurasında 22 vergiödəyicisinin müraciətinə baxılıb

Bakı, 8 may, AZƏRTAC 

Bu ilin ilk rübündə Vergilər Nazirliyinin Apellyasiya Şurasında baxılmış 22 vergiödəyicisinin müraciətindən 2 vergiödəyicisinin şikayəti tam, bir vergiödəyicisinin şikayəti isə qismən təmin olunub.

Vergilər Nazirliyinin Media və kommunikasiya xidmətindən AZƏRTAC-a bildirilib ki, 4 vergiödəyicisinin şikayəti isə işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla təmin edilməyib.

Rüb ərzində Apellyasiya Şurası tərəfindən 15 vergiödəyicisinin şikayətinə isə mahiyyəti üzrə baxılmayıb. Bu şikayətlərdən 7-si şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, 7-si şikayətin verilmə müddətinin buraxılması, biri isə şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl olunmaması ilə bağlı olub.

Birinci rübdə Apellyasiya Şurası tərəfindən baxılmış şikayətlər üzrə qərarlardan vergiödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilmiş təkrar şikayətlər Apellyasiya Şurasının müvafiq qərarları ilə təmin edilməyib. Şuranın qərarları dəyişdirilmədən saxlanılıb, digər mahiyyəti üzrə baxılmamış şikayətlər üzrə isə Şuranın gəldiyi nəticələr əsaslı hesab edilib.

Vergiödəyicilərində vergi nəzarəti tədbirləri, həmçinin vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi məqsədilə Apellyasiya Şurasının qərarları nazirliyin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.