İQTİSADİYYAT


Nazirlik: Fiziki şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır

Bakı, 24 may, AZƏRTAC

Fiziki şəxs - işçi partnyorluq müqaviləsi ilə işləyidiyi halda, ondan gəlir vergisi necə tutulur?

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə vergiödəyicisi arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduğu halda, həmin fiziki şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır. Eyni zamanda, həmin şəxslərə ödənilən muzdlu işlə əlaqədar gəlirdən Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1-ci maddəsinə əsasən gəlir vergisi hesablanır. Həmçinin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.