İQTİSADİYYAT


Nazirlik: Yerli investisiyalı MMC-lərin qeydiyyatı tam elektronlaşdırılacaq

Bakı, 18 may, AZƏRTAC

Bu ilin birinci rübündə qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) sırasında elektron qaydada qeydiyyatdan keçənlərin xüsusi çəkisi 83,4 faizə çatıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, apreldə isə bu göstərici 88,5 faiz olub.

Yerli investisiyalı MMC-lərin qeydiyyatı tam elektronlaşdırılacaq, fiziki şəxslərin elektron qeydiyyatı prosesinə start veriləcək.

Təsərrüfat subyektlərinin uçotunun dəqiqləşdirilməsi məqsədilə 12 istiqamətdə təhlillər aparılıb. Bu ilin ilk 4 ayında 7 min 811 təsərrüfat subyekti olduğu ünvan üzrə yenidən uçota alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.