İDMAN


Nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə dekabrın 8-də nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək turnir şəxsi xarakter daşıyacaq.

Yarışlar stolüstü tennisin təbliği, əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.