İQTİSADİYYAT


Nazirlik rəsmisi: Genişzolaqlı şəbəkənin əhatə dairəsi 95 faizə çatdırılacaq

Bakı, 29 noyabr, Elvin Camalov, AZƏRTAC

2025-ci ilə qədər genişzolaqlı şəbəkənin əhatə dairəsi 95 faizə çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynova noyabrın 29-da “Telekommunikasiya sahəsində tətbiq olunan tariflər” mövzusunda seminarın açılış mərasimində deyib.

O bildirib ki, hazırda mis məftillərlə çəkilən genişzolaqlı internet xidmətləri fiber-optik texnologiyalara əsaslanan internet xidmətləri ilə əvəz edilir. Genişzolaqlı şəbəkənin əhatə dairəsinin 2025-ci ildə 95 faizə çatdırılması nəzərdə tutulur. Həmçinin sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürəti inkişaf etmiş ölkələrdəki internet sürətinin səviyyəsində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.