İQTİSADİYYAT


Nazirlik rəsmisi: Sahibkarlar mühasibat proqramlarının lisenziyalı olmasına diqqət yetirməlidirlər

Bakı, 12 iyul, AZƏRTAC

Vergilər Nazirliyi qanunvericiliyin düzgün tətbiqinə nəzarəti həyata keçirir. Bununla yanaşı, tövsiyə olunur ki, sahibkarlar və vergiödəyiciləri mühasibat proqramlarını tətbiq edərkən mütləq onların lisenziyalı olmasına diqqət yetirsinlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında sahibkarların tətbiq etdiyi mühasibat proqramlarına münasibət bildirərkən deyib.

Departament rəhbəri qeyd edib ki, hazırda iri və kiçik şirkətlər tərəfindən müxtəlif çoxfunksiyalı mühasibat proqramları tətbiq olunur. Lakin ölkədə mühasibat uçotu proqramlarının təkmilləşdirilməsinə ehtiyac var: "Yəqin ki, gələcəkdə bu proqramların təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Vergilər Nazirliyinin mühasibat uçotunun həyata keçirilməsində səlahiyyəti olan digər strukturlarla birgə mövcud proqramların mühasibat uçotu və vergi qanunvericiliyinə uyğun tətbiqi ilə bağlı işlər həyata keçirməsi istisna edilmir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.