CƏMİYYƏT


Nazirlik uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri 15 sentyabr - Bilik Günü münasibətilə 1 saylı uşaq evini ziyarət ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrində dərslərin onlayn formada təşkili ilə əlaqədar uşaq evinin məktəbli şagirdləri üçün noutbuklar hədiyyə edilib.

Uşaq evinin yüksək sürətli internetlə təmin edilməsi üçün “Baktelecom” şirkəti tərəfindən müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, daha əvvəl də nazirlik tərəfindən 1 saylı uşaq evinin məktəblilərinə kompüterlər hədiyyə olunub.

Həmçinin nazirliyin əməkdaşları "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri ilə birlikdə evlərində internet xətti və kompüterinin olmaması səbəbindən distant təhsilə qatıla bilməyən şagirdlərə planşet və dərs ləvazimatları hədiyyə ediblər.

"Aztelekom" MMC tərəfindən şagirdlərin evlərinə telefon və rabitə xətti çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.