CƏMİYYƏT


Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

Bakı, 17 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin bu il iyunun 22-də verdiyi Sərəncamla səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Nazir, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdıraraq qeyd edib ki, dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü və dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.