CƏMİYYƏT
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn yarış keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Qarabağ Azərbaycandır” mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn yarış keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəblilər arasında təşkil olunmuş yarışda hər birində 6-8 nəfər olmaqla 19 komanda iştirak edib.
Nəticələrə əsasən birinci yerə “Qloriya”, ikinci yerə “Wings Of Freedom”, üçüncü yerə isə “Zəkalar” komandaları layiq görülüblər.
Bu intellektual yarış hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımızla bağlı olmaqla müxtəlif sahələri əhatə edib.