DÜNYA
Neapol mafiyasından bəhs edən filmin çəkiliş qrupunun mühafizəsi gücləndirilib
Bakı, 13 fevral, AZƏRTAC
Berlin kinofestivalının təşkilatçıları Neapol mafiyası barədə çəkilmiş “Neapol piraniləri” filminin premyerası zamanı təhlükəsizlik tədbirlərini gücləndiriblər.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, görülən tədbirlər çərçivəsində çəkiliş qrupunun mətbuat konfransında mühafizəçilərin sayı artırılıb, festivala aparan yolboyu isə bir neçə əlavə polis avtomobili növbə çəkir.
Təhlükəsizlik tədbirləri mafiyanın filmin ssenari müəllifi, yazıçı və jurnalist Roberto Savyano barəsində ölüm hökmü çıxarması ilə bağlıdır. Savyano İtaliya Daxili İşlər Nazirliyi tərəfindən mühafizə altına alınıb.
Françesko Di Napoli, Artyom Tkaçuk, Viviana Aprea, Paskuale Marotta və başqalarının rol aldığı “Neapol piraniləri” filmində neopolitan yeniyetmələrinin cinayətkar aləmin kralları olmaq üçün cəmiyyətin aşağı qatlarından özlərinə yol açmalarından bəhs edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]