MƏDƏNİYYƏT
Nebahat Çehre: Mən Azərbaycan rejissorunun təklifini sevinclə qəbul etdim

Bakı, 2 dekabr, Salihə Əliyeva, AZƏRTAC
Tanınmış türk aktrisası Nebahat Çehre Vahid Mustafayevin “Qanlı yanvar” filmində baş rollardan birində çəkilir.
“Kempinski Badamdar” mehmanxanasında keçirilmiş mətbuat konfransından sonra aktrisa AZƏRTAC-ın müxbiri ilə müsahibəsində qeyd edib ki, Azərbaycan rejissorunun təklifini sevinclə qəbul edib.
Nebahat Çehre deyib: “Biz qardaş ölkələrik, dilimiz, mədəniyyətimiz, dinimiz birdir. Azərbaycanın ağrı-acısı bizim dərdimizdir. Filmdə mən iki qardaşın – Mehdi ilə Nəcəfin anası rolunda oynayıram. Onlar çox müxtəlifdirlər, müxtəlif maraqları var. Nəcəf kommunistdir, DTK-nın rəhbər işçilərindən biridir, Mehdi inqilabçıdır”.
Aktrisa deyir ki, ana hər yerdə anadır. Elə çətini də dünyagörüşləri müxtəlif olan oğulların anası olmaqdı.
Nebahat Çehre bildirib ki, çəkiliş kollektivi beynəlmiləldir. işləmək asan olmasa da, maraqlı idi.