CƏMİYYƏT


Necattin Şəngəzər: Heydər Əliyevin adını daşıyan məktəbdə işləmək mənim üçün şərəfdir

Ankara, 11 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyev insanların könlünü fəth edən, əbədiyyətə qədər unudulmayacaq bir liderdir. Təqdirəlayiqdir ki, dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kurs davam etdirilir və Azərbaycan günbəgün çiçəklənir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankaradakı Heydər Əliyev Məktəbinin direktoru Necattin Şəngəzər bildirib.

Azərbaycanın Qafqazın parlayan ulduzu olduğunu diqqətə çatdıran məktəb direktoru deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük təhlükələrdən xilas edən dövlət xadimi idi. Ulu Öndər böyük uzaqgörənliklə, müdrik siyasəti ilə Azərbaycanı məhv olmaqdan xilas etdi. Onun müəyyən etdiyi inkişaf strategiyası təkcə Azərbaycanı və Türkiyəni deyil, böyük bir coğrafiyanı əhatə edir. Heydər Əliyevin türk dünyasının həmrəyliyi üçün həyata keçirdiyi ideyalar və layihələr gələcəyimizə nur saçır. Heydər Əliyevin adını daşıyan məktəbdə işləmək mənim üçün şərəfdir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.