İQTİSADİYYAT


Neft Fondu Asiya-Sakit Okean ölkələrinə investisiyalarını artırıb

Bakı, 2 avqust, Nihad Budaqov, AZƏRTAC

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya-Sakit Okean ölkələrində investisiya portfelini genişləndirib.

AZƏRTAC Neft Fondunun 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyunun 30-na Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 32,97 faizi Asiya-Sakit Okean ölkələri təşkil edib. İlin birinci rübünün sonuna olan məlumata görə isə ARDNF-in coğrafi regionlar üzrə təsnifatında 30,01 faizi Asiya-Sakit Okean ölkələri təşkil edirdi. Beləliklə də, aprel-iyun aylarında Neft Fondu Asiya-Sakit Okean ölkələrinə investisiyalarını 3 faizədək artırıb.

Bu, Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə inkişaf etməkdə olan ölkələrin payının 30,11 faizə yüksəlməsinə səbəb olub. İlin birinci rübünün yekunlarında bu göstərici 26,83 faiz idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.