İQTİSADİYYAT


Neft Fondu inkişaf etmiş ölkələrə investisiyalarını artırıb

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrə və beynəlxalq maliyyə təşkilatlarına investisiyaları artıb, inkişaf etməkdə olan ölkələrə isə azalıb.

AZƏRTAC Neft Fondunun 2021-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyulun 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 60,87 faizi inkişaf etmiş ölkələr, 6,42 faizi beynəlxalq maliyyə təşkilatları, 19,64 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib.

İlin ilk rübünün sonunda isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 5,98 faizi beynəlxalq maliyyə təşkilatları, 21,70 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.