İQTİSADİYYAT
Neft Fondu kiberhücumların qarşısının alınması üçün yeni nəsil təhlükəsizlik divarı alır
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) müasir kiberhücumlarının qarşısının alınması üçün yeni nəsil təhlükəsizlik divarının (“Palo Alto Networks NGWF”) satınalınması üzrə tender elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bildirilir ki, tender prosedurları noyabrın 15-i saat 10:00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq. Podratçılardan tələb olunan sənədlər oktyabrın 31-dək saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla noyabrın 14-də saat 18:00-dək ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda ARDNF-ə təqdim edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]