Neft Fondu noyabrda “Şahdəniz” kondensatının satışından gəlir əldə edilməməsinə aydınlıq gətirib
AzerTAg.az
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayında “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından gəlir əldə edilməməsinə aydınlıq gətirib.
AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, “Şahdəniz” yatağı üzrə kondensatın satışı ayda bir dəfə baş verir və satışdan əldə olunan vəsaitlər yalnız növbəti 30 iş günü bitdikdən sonra Neft Fonduna daxil olur. Oktyabr ayı üzrə kondensatın satışı həmin ayın sonuna təsadüf etdiyindən və bu satışdan əldə olunan vəsaitlərin dekabr ayının əvvəllərində ARDNF-ə daxil olması səbəbindən “Şahdəniz” qaz yatağı üzrə noyabr ayı ərzində vəsaitlər dəyişilməyib və ötən ayla eyni qalıb.
Qeyd edək ki, ARDNF yanvar-noyabr aylarında “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından 276 milyon dollar, o cümlədən “Şahdəniz” kondensatının satışından 205 milyon dollar qazanıb.

Xəbərin mətnində orfoqrafik səhv var