İQTİSADİYYAT


Neft Fondu tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb.

Bu barədə AZƏRTAC-a ARDNF-dən bildirilib.

"Bu gün bir sıra KİV-lərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Avstraliyada yeni daşınmaz əmlak almasına dair məlumatlara əsasən bildiririk ki, ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb", - deyə Neft Fondunun məlumatında qeyd edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.