Neft Fondunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
AzerTAg.az
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) uşaqların da iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində ARDNF-də “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisi təşkil edilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, sərginin təşkilində məqsəd uşaqları Azərbaycan xalqının azadlıq mübarizəsi, baş vermiş hadisələrin mahiyyəti barədə məlumatlandırmaq və uşaqların vətənpərvərlik ruhunda böyüməsinə dəstək verməkdir.
Tədbirdə ARDNF-in əməkdaşları sərgiyə baxış keçirib. Uşaqlara 20 Yanvar faciəsi, dövlət müstəqilliyinin əldə olunması və müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlı məlumatlar verilib.
Sonda sərgi iştirakçılarına tədbirdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.



Xəbərin mətnində orfoqrafik səhv var