İQTİSADİYYAT
Neft Fondunun Müşahidə Şurasına yeni üzv təyin edilib
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında parlamenti təmsil edəcək üzv kimi Milli Məclisin sədr müavini Adil Əliyev təyin olunub.
Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 9 dekabr tarixli Sərəncamına əsasən, ARDNF-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Sərəncama əsasən, yeni tərkibə Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.