İQTİSADİYYAT


Neft Fondunun investisiya portfelinin 68,73 faizi inkişaf etmiş ölkələri əhatə edir

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 38,43 faizi Avropa, 27,14 faizi Asiya-Sakit Okean, 23,62 faizi Şimali Amerika, 2,74 faizi Avstraliya-Yeni Zelandiya, 0,8 faizi Yaxın Şərq, 0,06 faizi Cənubi Amerika və 7,21 faizi isə beynəlxalq maliyyə qurumları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2018-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 68,73 faizi inkişaf etmiş ölkələr, 24,06 faizi inkişaf etməkdə olan ölkələr və 7,21 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.