Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12,6 milyard manat olub
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, ötən il fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 287,4 milyon manata bərabər olub. Bu da ümumi gəlirlərin 20,56 faizini təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 2 milyard 119,3 milyon manat olub.

Xəbərin mətnində orfoqrafik səhv var