İQTİSADİYYAT


Neft Fondunun neftin və təbii qazın tranzit haqqı üzrə gəlirləri artacaq

Bakı, 5 yanvar, AZƏRTAC

Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsində xam neftin və təbii qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 12,9 milyon ABŞ dolları və ya 21,93 milyon manat həcmində olması proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2,99 milyon manat və ya 15,8 faiz, 2020-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən 0,85 milyon manat və ya 4 faiz çoxdur. 2021-ci ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.