ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutu alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı, 15 fevral, AZƏRTAC

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Yusif Abdullayev, Vaqif Abbasov, Füzuli Nəsirov, Nigar Rzayeva, Leyla Nəsibova və Nyu-York Dövlət Universitetinin əməkdaşı Yohen Autşbaxın həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu elmi jurnalda dərc olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “Bitki yağlarının karbon-karbon ikiqat rabitələrinin epoksidləşmə və aminoliz yolu ilə difunksionallaşmasının nəzəri hesablamalar öyrənilməsi” məqaləsi “Wiley” nəşriyyatının “Beynəlxalq Kvant Kimyası” jurnalında nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.